“Artıq mənən ölürük” – <font color=red> Əməkdar artist</font>

Mədəniyyət

24.09.2020 - 23:11

Teatrların fəaliyyətinin bərpa edilməməsi bu sahədə çalışanları çıxılmaz vəziyyətə salıb

 

Koronavirus pandemiyasına görə ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejiminə əsasən, bir çox sahələrin fəaliyyətinə qoyulmuş məhdudiyyətlər hələ də davam edir. Pandemiyanın qurbanı olan əsas sahələrdən biri də mədəniyyət və incəsənət sahəsinin ən ümdə qollarından olan teatr sənətidir. Belə ki, karantin rejiminin yumşalması istiqamətində aparılan tədbirlər nəticəsində bir çox sahələr fəaliyyətini bərpa etsə də, teatrlara qoyulan məhdudiyyətlər davam edir.

 

Lakin Azərbaycanda teatrlara gələn tanmaşaçı kütləsinin az olduğunu, buna baxmayaraq, azsaylı tetar həvəskarlarına teatrsız çətin olduğunu nəzərə alaraq, bu sahənin fəaliyyətini bərpa etmək mümkün ola bilər.

 

AYNA bu istiqamətdə teatr xadimlərinin fikirlərini öyrənib.

Nicat Alatoran: Prezident təqaüdünə layiq görülüb. - Millixəbər İnformasiya  Portalı

İrəvan Dövlət Azərbaycan Dram Teatrının quruluşçu rejissoru Nicat Alatoran bildirib ki, bu mövzudan danışarkən, tamaşaçılarla yanaşı, digər məsələləri də nəzərə almaq lazmdır: “Məsələn, hər bir teatrın özünəməxsus repertuarı var. Teatrda isə dərhal fəaliyyətə başlamaq mümkün deyil. Çünki, ən azından rüb bölgüsündə nə qədər geri düşmüşük və tamaşaların yeri qarışıb. Məsələn, biz iki rüb ərzində 3 tamaşa qurmalı idik və həmin tamaşaları təhvil verib yeni tamaşalara başlamalı idik. Amma həmin rüblər pandemiya dövründə geridə qalıb. Bir növ belə olan halda 2020-ci ilin repertuarı keçir 2021-ci ilə. Yəni bu, elə də asan məsələ deyil. Ona görə də birinci teatrın daxilində bu məsələləri nizamlamaq lazımdır ki, bunun üçün də bizə ən azı bir ay vaxt lazımdır. Yəni, yeni tamaşalar nəzərdə saxlanılsın, köhnə tamaşaların da məşqləri davam etdirilsin”.

 

Rejossor teatrda tamaşaçıların tənzimlənməsi məsələsinə də toxunub: “Ən azından, bir neçə ölkədə teatrların fəaliyyəti bərpa olunub. Bu teatrlarda 300 nəfərlik zala 150 nəfər tamaşaçı qəbul edilir və aralarında 3-4 metr məsafə saxlanılır. Lakin tamaşaçılarla yanaşı, aktyorların da bir-biri ilə ünsiyyətdə olması rol oynayır. Düzdür, məşqlərdə bunu müəyyən qədər nəzarətdə saxlamaq olar. Amma nə qədər nəzarət olunsa da, elə səhnələr olur ki, mütləq təmas tələb edir”.

 

Azərbaycan Dövlət Pantomim Teatrının aktyor və rejissoru, Əməkdar artist Bəhruz Vaqifoğlu da eyni fikirdədir. Onun sözlərinə görə, tamaşaçılar arasında məsafəni qorumaq mümkün olsa da, aktyorlar arasında bunu etmək mümkün deyil: “Yəni teatr qapalı məkandır və aktyorlar da bir yerə yığışıb məşq edir, ünsiyyətdə olurlar. Tamaşa da məlum olduğu kimi, sadəcə danışıqdan ibarət deyil. Mənim çalışdığım Pantomim Teatrının tamaşaları elədir ki, aktyorlar mütləq şəkildə bir-biriləri ilə ünsiyyətdə olurlar. Yəni, burada rəqs elementləri, bir-birinə yaxınlaşmaq, döyüş səhnələri və s. yaxın təmas tələb edir”.

Bəhruz Vaqifoğlu: “90-cı illərdəki boşluq bizi çox geriyə saldı” »  Kaspi.azAzərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

“Təbii ki, heç kimə də aktyorların, yaxud tmaşaçıların virusa yoluxmayacağı ilə bağlı zəmanət verilməyib. Ona görə də bu barədə tədbirlər görüləndə, ölçülüb-biçilib qərar verilməlidir. Belə təkliflər var ki, tamaşalar açıq havada keçirilsin. Lakin açıq havada kütləni nizamlamaq bir az çətin məsələdir. Çünki insanlar bir yerə yığışacaq və məsafə saxlamayacaqlar. Lakin hər halda çöldə olmaq, içəridə olmaqdan daha təhlükəsizdir deyə, ən azından bu barədə də düşünmək olar”, - Vaqifoğlu deyib.

 

O, teatrın fəaliyyətə başlayacağı təqdirdə, repertuar mövzusundan da danışıb: “Artıq 6-7 aydır ki, teatrlar öz fəaliyyətini dayandırıb. Yəqin ki, ilk növbədə köhnə tamaşalarımızı bərpa edəcəyik. Çünki tamaşaçılar yenidən teatra gəlməli, aktyorlar öyrəşdiyi tamaşalar üzərində işləyib özlərini bərpa etməli və formaya salmalıdırlar. Buna baxmayaraq, bizim repertuarda yeni tamaşalarımız da var ki, o tamaşaların da məşqləri yarımçıq qalıb. Həmin tamaşaların bərpası üçün də bütün gücümüzü sərf etməliyik”.

Kazımov: ““Zorən şorgöz” bayram əhvali-ruhiyyəsi yaratdı”

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, Əməkdar artist Nicat Kazımov isə nisbətən fərqli fikirdədir. O, teatrların fəaliyyətə başlamasının məqbul olduğunu hesab edir: “Əlbəttə ki, teatrların açılmasına böyük ehtiyac var. Biz artıq pandemiya ilə birgə yaşamağa öyrəşməliyik. Xəstəliyin Azərbaycana yayılması heç kəsin günahı deyil. Ona görə də bütün dünyanın praktikasından istifadə edib biz də bunu etməliyik. Çünki tamaşaçılarımız üçün həddindən artıq darıxmışıq və formadan düşürük”.

 

“Ümumiyyətlə, millətin mədəniyyəti qorunmağa layiq olan sərvətdir. Əgər biz yatıb qalsaq, passiv fəaliyyət göstərsək, bu, mümkün olmayacaq. Ona görə də dövlət qurumları bunu nəzərə alaraq, teatrların fəaliyyətin bərpa etsələr, yaxşı olar. Biz də öz işimizə qovuşarıq”,  - müsahibimiz vurğulayıb.

 

Rejissor teatrların fəaliyyətini bərpa edəndən sonra qaldıqları yerdən davam edəcəklərini əlavə edib: “Məsələn, mən Akademik Milli Dram Teatrında martın 24-də tamaşa təhvil verməli idim. Lakin martın 14-dən etibarən karantin rejimi sərtləşdirildi və məşqlər dayandırıldı. Yəni, əvvəlcə həmin işi təhvil vermək lazımdır ki, ondan sonra digər tamaşalara keçə bilək. Yaxud repertuarda olan tamaşalarımız var ki, illərdir oynanılır. Təbii ki, tamaşaçıların o tamaşalara ehtiyacı olur ki, biz o tamaşaları uzun illər nümayiş etdiririk. Mənim quruluş verdiyim “Pəri cadu” tamaşası 14 il, “Leyli və Məcnun” tamaşası 4 il, “Tanrıya 14 məktub” tamaşası 2-3 ildir ki, repertuardadır. Yəni o tamaşalar repertuarda qalmalıdır və biz paralel olaraq yeni tamaşalar hazırlamlıyıq”.

 

“Təbii ki, bu, təkcə teatra aid deyil. Təhsil sahəsində də belədir. Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs deyirəm. Görürəm ki, tələbələr həddindən artıq geridə qalıblar. Onlayn formada tarix, riyaziyyat və digər dərsləri tədris etmək olar, amma aktyor sənəti birbaşa ünsiyyət tələb edir deyə, onlayn şəkildə bunu etmək mümkün deyil. Aydın məsələdir ki, əvvəlcə insanların sağlamlğı önəmlidir. Amma biz sənət adamları da artıq mənən ölürük”.

Müəllif: Mərahim Nəsib