Bu gün bəstəkarın üzərində planlaşdırılmış əməliyyat aparılması nəzərdə tutulur
Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin vəfat etməsi barədə yerli mediada məlumat yayılıb. AYNA xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yazılıb.
Lakin APA-nın apardığı dəqiqləşmədən sonra məlum olub ki, məlumat yalandır, C.Quliyevin müalicəsi davam etdirilir.
Heydər Əliyev Fondundan isə bildirilib ki, bu gün Cavanşir Quliyevin üzərində planlaşdırılmış əməliyyat aparılması nəzərdə tutulur.
Xatırladaq ki, bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilir.