Məşhur rejissorun gizlinləri üzə çıxdı

Mədəniyyət

13.07.2019 - 15:12

Ssenarilər evlilik, qısqanclıq və xəyanət mövzularındadır

 

Məşhur rejissor Stenli Kubrikin indiyiə qədər bilinməyən üç ssenarisi ortaya çıxıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, Stenli Kubrikin ikinci həyat yoldaşı aktrisa Ruz Sobotka ilə aralarında baş verən problemləri əsas alaraq yazdığı bildirilən üç ssenari evlilik, qısqanclıq və xəyanət mövzularından bəhs edir.

 

“Evli adam” adlanan birinci ssenari üzərindəki əlavə qeydlərlə birgə ümumilikdə 35 səhifədir. Ssenari, “Evlilik şirniyyatın başdan servis edildiyi uzun müddətli yemək kimidir” cümləsi ilə başlayır. Digər ssenari, “Mükəmməl evlilik”, üçüncü isə “Qısqanclıq” adlanır. Dünya kino tarixinin ən önəmli rejissorlarında biri hesab olunan Kubrikin ortaya çıxan ssenariləri Londondakı “Arts London” universitetinin arxivinə göndərilib.

 

Xatırladaq ki, uzun illər İngiltərədə yaşayan amerikalı rejissor, 1999-cı ildə “Gözləri təmamilə bağlı” (Eyes Wide Shut) filminin çəkilişləri bitdikdən az sonra dünyasını dəyişib.

Müəllif: Ayna.az