Antiinhisar qanunvericiliyinin pozulması üzrə işlərə baxılması qaydaları dəyişib

Xəbərlər

03.10.2022 - 23:11

Baş nazir Əli Əsədov qərar imzalayıb

Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları dəyişib. AYNA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Dəyişikliyə əsasən, antiinhisar orqanının ilkin və ya təkrar tələbi ilə “Antiinhisar fəaliyyəti haqqında” qanunda nəzərdə tutulmuş, həmçinin öz vəzifələrinin yerinə yetirilməsi ilə bağlı digər sənədlər və məlumatlar təqdim edilmədikdə antiinhisar orqanları həmin sənəd və məlumatların təqdim edilməsi haqqında iddia ilə məhkəmə orqanlarına müraciət edə biləcəklər.

Müəllif: Ayna.az