Bir çox mehmanxana və qonaq evlərinin yanğına davamlı qapıları yoxdur
Türkiyənin Antalya vilayətində 1200 otel yanğın təhlükəsizliyi standartlarına uyğun gəlmədiyi üçün bağlanma təhlükəsi ilə üzləşib. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, Yerli Otellər və Hostellər palatasının rəhbəri Özcan Suçunun sözlərinə görə, 40 min çarpayılıq otellər bağlana bilər.
Məlum olub ki, bələdiyyələrin nəzarətində olan bir çox mehmanxana və qonaq evlərinin yanğına davamlı qapıları yoxdur. Qanun pozuntuları aşkar edildikdən dərhal sonra bir çox otellər möhürlənib.
Suçu "Hürriyyət" qəzetinə açıqlamasında deyib: "Kaşdan Qazipaşaya qədər bütün ərazilərdə bu problemlə üzləşirik. Yanğına 30 dəqiqə dayana bilən qapılar quraşdırmaq çətindir. Çünki belə qapıları istehsal edən şirkətlərin sayı məhduddur. Lisenziyalar ləğv edilir, müəssisələr möhürlənir... Bu qaydaya əməl olunmasının mövsümün sonuna qədər təxirə salınmasını tələb edirik".