Anne Dorit Boy: “Putin təəssüf ki, haqlıdır”

Dünya

05.12.2023 - 11:41

Həkimlər Klinikalar SEO Xidməti

“Rusiya lideri hazırkı aralıq vəziyyətə görə döyüş meydanında qalib gəlir”

“Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibə başlayandan sonra Rusiyanın gücləndiyini bildirərkən haqlı idi”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Almaniyanın “Der Spiegel” jurnalının xarici siyasət üzrə köşə yazarı Anne Dorit Boy deyib.

 “Prezident Putin deyir ki, ölkəsi Ukraynaya qoşun yeritdikdən sonra güclənib. Təəssüf ki, haqlıdır”, - deyə jurnalist bildirib.

Eyni zamanda, Boy qeyd edib ki, Rusiya lideri hazırkı aralıq vəziyyətə görə döyüş meydanında qalib gəlir.

Müəllif: Ayna.az