Anar Kərimov mədəniyyət naziri vəzifəsindən azad edilib

Xəbərlər

22.12.2022 - 13:03

cedabet dərman SEO Xidməti

Adil Kərimli mədəniyyət nazirinin vəzifəsini müvəqqəti icra edəcək

Prezident İlham Əliyev Anar Qabil oğlu Kərimovun Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilməsi ilə bağlı Sərəncam imzalayıb.

AYNA xəbər verir ki, Sərəncam Prezidentin rəsmi saytında yerləşdirilib.

Prezidentin digər Sərəncamı ilə Adil Qabil oğlu Kərimli  Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilib. Ölkə başçısının başqa Sərəncamı ilə, Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilib.

Sənədə görə, Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Adil Qabil oğlu Kərimliyə həvalə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş