Keçən həftə 344 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə məlumatı açıqlayıb.
ANAMA-dan AYNA-ya verilən məlumata görə, mayın 2-dən 7-dək Tərtər, Ağdam, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 97, tank əleyhinə 35 mina və 86 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Həftə ərzində 344 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.