Agentliyin 805 - nömrəli “qaynar xətt” xidməti fəaliyyətə başlayıb
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) qaynar xətt xidməti istifadəyə verilib.
ANAMA-nın Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, vətəndaşlar tərəfindən daxil olan müraciətlərin birbaşa və çevik formada əlaqələndirilməsi məqsədilə Agentliyin 805 - nömrəli qaynar xətt xidməti fəaliyyətə başlayıb.
“Qaynar xətt” mövcud mina təhlükəsi ilə bağlı müraciətlərin qeydə alınması, zənglərin operativ cavablandırılması və aidiyyəti üzrə tədbirlərin görülməsinin asanlaşdırılmasına xidmət edir.