Hadisə nəticəsində 3 nəfər xəsarət alıb
Sentyabrın 16-da Laçın rayonu ərazisində Azərbaycan Minatəmizləmə Agentliyinə (ANAMA) məxsus avtobus qəzaya uğrayıb. AYNA xəbər verir ki, bu barədə ANAMA-nın Mətbuat Xidmətindən bildirilib.
Avtobusda olan Agentliyin 3 nəfər əməkdaşı yüngül xəsarətlər alıb. Xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanaya təxliyyə ediliblər.
Xəsarət alan şəxslərin vəziyyəti stabildir. Həyatları üçün təhlükə yoxdur.