ANAMA işçi axtarır

Xəbərlər

06.11.2023 - 17:43

cedabet dərman SEO Xidməti

Agentlik Qubadlı və Zəngilan mobil bazalarında işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə - Qubadlı və Zəngilan mobil bazalarında aşpaz, qabyuyan, xadimə, avtoçilingər, avtoelektrik, elektrik - texniki təmir işləri üzrə mütəxəssis, gözətçi, fəhlə, bağban vəzifələrində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir. AYNA xəbər verir ki, bu barədə Agentlikdən bildirilib. 

Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıda göstərilən sənədləri [email protected] ünvanına göndərməlidir.

∙ müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;

∙ şəxsiyyət vəsiqəsinin surəti;

∙ təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);

∙ əmək kitabçasının surəti (olduğu halda).

Sənəd qəbulu cari ilin 30 dekabr tarixinədək həyata keçiriləcək.

Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.

Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edilə bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş