ANAMA işçi axtarır

Xəbərlər

28.07.2023 - 12:30

cedabet dərman SEO Xidməti

Qurum işə qəbul elan edib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə aşpaz, qabyuyan, xadimə, xidmətçi vəzifələrində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edib.

ANAMA-dan AYNA-ya verilən məlumata görə, maraqlananlar əlaqə telefonu göstərməklə müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizəni, şəxsiyyət vəsiqəsinin, təhsilə dair sənədlərin (attestat, diplom, sertifikat, arayış və digər), əmək kitabçasının surətlərini (olduğu halda) [email protected] ünvanına göndərməlidirlər.

Sənəd qəbulu avqustun 31-dək həyata keçiriləcək.

Qeyd olunub ki, seçim zamanı işğaldan azad edilmiş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.

Əlavə məlumat üçün 805 - qaynar xəttinə müraciət edilə bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş