“Anadolu Qartalı - 2023” taktiki-uçuş təliminin açılışı olub - VİDEO

Xəbərlər

27.04.2023 - 17:57

cedabet dərman SEO Xidməti

Azərbaycan hərbçiləri də təlimdə iştirak edirlər

Aprelin 27-də Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbi qulluqçularının iştirakı ilə keçirilən “Anadolu Qartalı - 2023" beynəlxalq taktiki-uçuş təliminin açılış mərasimi keçirilib. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Əvvəlcə iştirakçılara təlimin məqsədi və keçiriləcəyi ərazi barədə brifinqlər təqdim olunub.

Sonra təlimin ssenarisi, qarşıya qoyulan tapşırıqlar və icra olunacaq fəaliyyətlərlə bağlı iştirakçılara xəritə üzərində məlumat verilib.

Qeyd edək ki, beynəlxalq təlimdə ölkəmiz Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları və aviasiya vasitələri ilə təmsil olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş