Amerikalı polkovnik: “Vaşinqton Kiyevin maraqlarına məhəl qoymur”

Dünya

16.07.2023 - 22:31

cedabet dərman SEO Xidməti

Makqreqor: “Ukraynada müharibənin nəticəsi Rusiya və ABŞ arasında aparılan danışıqlardan asılı olacaq”

“Vaşinqton Ukrayna münaqişəsini Moskvanın şərtləri ilə həll etmək üçün Ukrayna Prezidenti Volodimir Zelenskinin maraqlarına məhəl qoymaya bilər”. AYNA xəbər verir ki, bu sözləri Pentaqon rəhbərinin keçmiş müşaviri Duqlas Makqreqor Stiven Qardnerin “YouTube” kanalında deyib.

Onun sözlərinə görə, münaqişə ABŞ Prezidenti Co Baydenin Moskvaya müvafiq mesaj göndərməsi, bundan sonra Vaşinqtonun hərbi kontingenti geri çəkməsi və Ukrayna Silahlı Qüvvələrinə silahların çatdırılmasını dayandıracağı anda bitəcək.

Makqreqor əmindir ki, Ukraynada müharibənin nəticəsi Rusiya və ABŞ arasında aparılan danışıqlardan asılı olacaq: “Eyni zamanda, Ağ Ev Kiyevin gözləntilərinin əksinə olaraq, itirilən əraziləri Rusiya kimi tanıya bilər. “Bu Zelenskinin ən çox qorxduğu şeydir. Bu, Ukrayna liderinin bütün vədlərini puç edəcək”.

“Zelenski son dərəcə çətin vəziyyətə düşdü, çünki Ukrayna Silahlı Qüvvələri müharibə zonasında böyük itkilər verir. Rusiya isə xeyli güclənib. Ona görə də münaqişənin dayandırılması şərtləri bundan asılı olacaq”, polkovnik fikrini yekunlaşdırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş