Amerikalı konqresmen: “Ukrayna məğlub olarsa, ABŞ münaqişəyə müdaxilə edəcək”

Dünya

06.05.2024 - 11:14

Hakim Cefris Amerika qoşunlarının Ukraynaya göndərilməsinin şərtini açıqlayıb

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Demokratik Azlıqların lideri Hakim Cefris Amerika qoşunlarının Ukraynaya göndərilməsinin şərtini açıqlayıb. AYNA xəbər verir ki, bu barədə konqresmen “CBS News” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna məğlub olarsa, ABŞ silahlı qüvvələrindən istifadə etməklə münaqişəyə müdaxilə etməli ola bilər.

Konqresmen əlavə edib ki, Respublikaçılar Partiyasında Kiyevi dəstəkləmək istəməyən və Rusiyanı ABŞ-ın düşməni hesab etməyən rusiyapərəst qruplaşma var.

Müəllif: Ayna.az