Amerikalı jurnalist Vaşinqtonun Kiyevə maliyyə yardımını pisləyib

Dünya

18.05.2023 - 11:36

Cekson Hinkl: “20 minə yaxın evsiz veteranımız olduğu halda, biz niyə Ukraynaya pul göndəririk?"

Amerikalı jurnalist Cekson Hinkl ölkəsinin Ukraynaya maliyyə yardımını pisləyib. AYNA xarici mediaya istinadən bildirir ki, jurnalist bu barədə “Twitter”də yazıb.

Hinkl Vaşinqtona ABŞ-dakı evsiz veteranların sayını xatırladıb: "ABŞ-da 20 minə yaxın evsiz veteranımız olduğu halda, biz niyə Ukraynaya pul göndəririk?".

Bundan əvvəl “The New York Post” veteranların acınacaqlı vəziyyətindən yazmışdı. Jurnalistlər qeyd ediblər ki, evsiz amerikalı veteranlar və miqrantlar yer çatışmazlığı səbəbindən otellərdən çıxarılmağa başlayıblar. Bildirilib ki, Nyu-Yorkda keçən həftə ümumilikdə iyirmiyə yaxın hərbçi otellərdən çıxarılıb.

Sonradan veteranlar başqa yerə yerləşdirilsələr də, problem rəsmi qurumlar tərəfindən tamşəkildə həllini tapmayıb.

Müəllif: Ayna.az