Amerika Kubokunda oyundan sonra qalmaqal yaşanıb

İdman

02.07.2024 - 18:11

Həkimlər Klinikalar SEO Xidməti

Hakim ABŞ millisinin futbolçusu ilə əl sıxmaqdan imtina edib

Amerika Kuboku 2024 zamanı yeni qalmaqal yaşanıb. AYNA xarici mediaya istinadən bildirir ki, perulu hakim Kevin Orteqa Amerika Kubokunda Uruqvayla matçdan (0:1) sonra ABŞ millisinin futbolçusu Kristian Pulişiçlə əl sıxmaqdan imtina edib.

Bütün oyun boyu ABŞ yığmasının kapitanı olan Pulişiç hakimlə mübahisə edib və söyüş söyüb. Final fitindən sonra Kristian emosional olaraq hakimlər briqadasını Uruqvay komandası ilə qələbəni qeyd etməyə dəvət edib. Emosiyalar bir az səngiyəndə Pulişiç hakimə əl uzadıb. Lakin Orteqa işarə ilə əllərini arxasına qoyub və ona sataşan futbolçu ilə əl sıxmaqdan imtina edib.

Qeyd edək ki, bu məğlubiyyətə görə ABŞ yığması qrupdan çıxa bilməyərək, doğma Amerika Kubokundan kənarlaşdırılıb. Amma Uruqvay pley-offa vəsiqə qazanıb.

Müəllif: Ayna.az