Almatıda bu gün səhər yenidən atışma qeydə alınıb

Dünya

08.01.2022 - 08:53

Həkimlər Klinikalar SEO Xidməti

Şübhəlilər daha çox parklarda və meydanlarda diqqəti cəlb edirlər

Almatı şəhərinin mərkəzində atışma davam edir. AYNA “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, şəhərdəki qatı duman asayiş keşikçilərinin xidmətini çətinləşdirir.

Şübhəli qrupları, asayişi pozmağa cəhd edənlərin axtarılıb tapılmasında şəhər sakinlərinin polislərə kömək etdiyi bildirilib.

Şübhəlilər daha çox parklarda və meydanlarda diqqəti cəlb edirlər.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev təhlükəsizlik qüvvələrinə xəbərdarlıq etmədən atəş açmaq əmri verib. O, həmçinin sakinləri şübhəli vətəndaşların tapılmasına kömək etməyə çağırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş