Boris Pistorius rəsmən Almaniyanın müdafiə naziri vəzifəsinin icrasına başlayıb
Boris Pistorius rəsmən Almaniyanın müdafiə naziri vəzifəsinin icrasına başlayıb. AYNA “Reuters”ə istinadən bildirir ki, o, təqaüdə çıxan Kristina Lambrextin varisi kimi Bundestaqda and içib.
“Gücümü alman xalqının rifahına sərf etməyə, onun xeyrinə sərf etməyə, onu zərərdən qorumağa, Almaniyanın əsas qanunlarını və plkəmizi müdafiə etməyə, öz vəzifələrimi vicdanla yerinə yetirməyə və münasibətdə ədalətə riayət etməyə and içirəm”, - Pistorius andiçmə zamanı deyib.
Bundestaqın sədri Berbel Bass naziri vəzifəyə başlaması münasibətilə təbrik edib, ona yeni işində uğurlar arzulayıb.
Bu gün Pistorius amerikalı həmkarı Lloyd Ostinlə, sabah isə 50-yə yaxın NATO ölkəsinin müdafiə rəsmiləri ilə görüşməlidir. Onlar Almaniyanın Ramşteyn aviabazasında toplaşaraq Kiyevə daha çox silah tədarük etməyi müzakirə edəcəklər.