Almaniyada rusiyalı diversantlar saxlanılıb

Dünya

18.04.2024 - 16:35

Rusiyanın iki casusu Bavariyada hərbi obyektlərdə təxribat törətməyi planlayıbmışlar

Almaniya xüsusi təyinatlıları Bavariyada hərbi fabriklərdə, silahların çatdırılma marşrutlarına qarşı və Ukrayna tankçılarının təlim keçdiyi ABŞ bazasında, həmçinin hərbi və sənaye obyektlərində təxribat planlaşdıran iki nəfəri saxlayıb.

AYNA-nın məlumatına görə, “Der Spiegel” xəbər verir ki, əsas təqsirləndirilən şəxs 39 yaşlı Almaniya və Rusiya vətəndaşı Dieter S, onun ortağı isə ikili vətəndaşlığı olan, Rusiya kəşfiyyatının agenti 37 yaşlı Aleksandr J-dır.

İstintaqın məlumatına görə, Dieter S. 2023-cü ilin oktyabrından Rusiya xüsusi xidmət orqanlarının əlaqələri ilə Almaniyada təxribat əməliyyatlarını müzakirə edir. Onlar hərbi infrastrukturda, müdafiə müəssisələri və sənaye obyektlərində yanğın və partlayışlar, Ukraynaya silah tədarükü yollarında təxribat törətməyi planlaşdırırmışlar.

“Der Spiegel” yazır ki, casuslar Almaniyadakı Amerika hərbi obyektlərinə, o cümlədən amerikalıların ukraynalılara “Abrams” tanklarını idarə etməyi öyrətdiyi Bavariyadakı bazada da təxribat törətmək istəyiblər.

Dieter S. yaxşı hazırlığa malikdir: 2014–2016-cı illərdə. “Donetsk Xalq Respublikası”nın milis üzvü olub. “DXR milisi” Almaniyada terror təşkilatı hesab edildiyi üçün Dieter S. də xarici terror təşkilatına üzvlükdə ittiham olunur.

Müəllif: Ayna.az