Almaniya kansleri Putinə nə söz verib? - Maraqlı İDDİA

Dünya

22.08.2022 - 09:46

Həkimlər Klinikalar SEO Xidməti

Şolts Rusiya Prezidentinə Ukraynanın 30 il NATO-ya qəbul edilməyəcəyi sözünü veribmiş?

Rusiya Ukraynaya qarşı “xüsusi hərbi əməliyyat” adı altında işğalçı müharibəni başlatmamışdan əvvəl Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinə Ukraynanın ən azı 30 il NATO-ya qəbul edilməyəcəyi sözünü verib. AYNA xəbər verir ki, bu iddia ilə “Die Welt” məlumat dərc edib.

Məqalədə qeyd edilib ki, Şolts Putini Ukraynanın NATO-ya qəbulunun yaxın 30 ildə baş verməyəcəyinə inandırıb.

Ehtimallara görə, bu, kanslerin fevral ayında Moskvaya səfəri zamanı olub.

Almaniya hökumətinin rəhbəri Rusiya Prezidentinə Şimali Atlantika Alyansının heç vaxt Moskva üçün təhlükə yaratmadığını da bildirib.

“Die Welt”in mənbəsinin məlumatına görə, Şolts Putinlə dialoqu dayandırmayacağını da vurğulayıbmış.

Qeyd edək ki, avqustun əvvəlində Almaniya kansleri Putinlə birbaşa ünsiyyəti vacib adlandırmışdı. Şolts bildirmişdi ki, böhran dövründə çətinliklərə baxmayaraq, ünsiyyəti saxlamaq zəruridir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş