Almaniya Avropa İttifaqından çıxa bilər: ““Brexit” ölkə üçün modeldir”

Dünya

22.01.2024 - 12:50

cedabet dərman SEO Xidməti

AfD hökumətə yiyələnərsə, Almaniya Aİ institutlarında əhəmiyyətli dəyişikliklər təklif edəcək

İfrat sağçı “Almaniya üçün Alternativ” (AfD) Partiyasının lideri Alis Veydel “Brexit”i ölkə üçün model adlandırıb və hakimiyyətə gələcəyi təqdirdə Almaniyanın Avropa İttifaqından (Aİ) çıxması üçün referendum keçiriləcəyini açıqlayıb. AYNA xəbər verir ki, Veydel bu barədə “The Financial Times”a müsahibəsində bildirib.

AfD lideri qeyd edib ki, partiya hökumətə yiyələnərsə, Almaniya Aİ institutlarında əhəmiyyətli dəyişikliklər təklif edəcək. Xüsusilə, o seçilməmiş orqan adlandırdığı Avropa Komissiyasının (AK) məhdudlaşdırılmasını müdafiə edir.

“Ancaq islahatlar mümkün deyilsə, Aİ-yə üzv ölkələrin suverenliyini bərpa edə bilməsək, Böyük Britaniya kimi xalqın qərar verməsinə icazə verməliyik”, - deyə siyasətçi bildirib.

Qeyd edək ki, AfD 2013-cü ildə yaranandan bu yanan Avropa İttifaqının səlahiyyətlərinin məhdudlaşdırılmasının tərəfdarıdır. Bununla belə, İttifaqdan çıxmaqla bağlı referendumun keçirilməsi Almaniya qanunvericiliyinin özəllikləri və partiyanın öz daxilindəki qeyri-müəyyən mövqe ilə çətinləşir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş