Rusiya müxalifətinin lideri islah müəssisəsində dünyasını dəyişib
Rusiya müxalifətinin həbsdə olan lideri Aleksey Navalnı islah müəssisəsində vəfat edib. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Rusiyanın Federal Penitensiar Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.
Navalnı Vladimir vilayətindən gətirildiyi Xarp kəndinin islah müəssisəsində Xantı-Mansiysk Muxtar Dairəsində cəza çəkirdi.
Qeyd edək ki, 2023-cü il avqustun 4-də Moskva Şəhər Məhkəməsi Navalnıya 19 il həbs cəzası verib. O ekstremist fəaliyyəti maliyyələşdirməkdə, ekstremist fəaliyyətə ictimai çağırışlarda və azyaşlıları həyatları üçün təhlükəli fəaliyyətlərə cəlb etməkdə təqsirli bilinib.
Navalnı Prezident Vladimir Putinə qarşı ən qatı mövqedə olan müxalifətçi idi.