Aktiv təsərrüfat subyektlərinin sayı 220,3 min olub
Bu ilin aprelin 1-nə aktiv vergiödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,3 faiz artaraq 809,2 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 2,9 faiz artaraq 54,4 min təşkil edib.
Dövlət Vergi Xidmətindən AYNA.AZ-a bildirilib ki, həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 1,3 faiz artıb və 220,3 min olub.