Ursula fon der Leyen: “Təcavüzkarla qurbanı bərabərləşdirən sülh danışıqları rədd edilməlidir”
“Rusiya və Ukrayna arasında bərabər şərtlərlə aparılan sülh danışıqlarından imtina edilməlidir”. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen deyib.
“Ukrayna sülh istəyir, amma təbii ki, ədalətli sülh. Təcavüzkarla qurbanı bərabərləşdirən sülh danışıqları rədd edilməlidir”, - Avropa rəsmisi “Böyük yeddilik” (G7) sammitində bildirib.
Qeyd edək ki, G7 sammiti mayın 19-da Yaponiyanın Xirosima şəhərində başlayıb və mayın 21-dək davam edəcək. Tədbirə Avstraliya, Braziliya, Cənubi Koreya, Vyetnam dəvət olunub.
Bir müddət əvvəl ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi bildirib ki, G7 ölkələri 2022-ci ildə göstərdikləri qətiyyətlə Ukrayna hadisələri fonunda Rusiyaya qarşı “vintləri sıxmağı” planlaşdırır.