Milyondan çox insanın digər ölkələrə getdiyi bildirilir
Avropa İttifaqı Ukraynadan 3,8 milyon qaçqını qəbul edib. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının daxili işlər üzrə komissarı Ylva Yohansson mətbuat konfransında bildirib.
“Biz Ukraynadan Avropa İttifaqında 3,8 milyon qaçqını qəbul etmişik”,- deyə o bildirib.
Ylva Yohanssonun sözıərinə görə, onlar Ukrayna ilə həmsərhəd ölkələrə gəliblər. Lakin bir milyondan çox insan digər ölkələrə gedib
Komissarın sözlərinə görə, gündəlik gələnlərin sayı azalıb.