Yaxın günlərdə məsələ ilə bağlı qərar verilməsi ehtimalı yoxdur
Avropa İttifaqı yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiya paketi tətbiq edə bilər. AYNA-nın xəbərinə görə, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Agentlik bildirir ki, hazırda Rusiya neftinin alışının məhdudlaşdırılması üzərində iş aparılır. Lakin yaxın günlərdə məsələ ilə bağlı qərar verilməsi ehtimalı yoxdur.
Agentliyin məlumatına görə, bəzi ölkələr Rusiyadan qaz idxalını məhdudlaşdırmağı təklif etsələr də, əksər ölkələr bu fikri dəstəkləmir.