Aİ ölkələrinin XİN başçıları Ukraynaya missiya göndərəcək

Dünya

11.04.2022 - 21:48

Həkimlər Klinikalar SEO Xidməti

Aİ bu fəaliyyət üçün maliyyə yardımı edəcək

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri hərbi cinayətlərə dair sübutların toplanması və bu işə maliyyə yardımı edilməsi üçün Ukraynaya missiya göndərmək qərarına gəliblər.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Jozep Borrel Aİ Şurasının Lüksemburqda keçirilən iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

“Müharibədən əvvəl Ukraynada olan Aİ-nin məsləhət missiyası indi müharibə cinayətləri ilə bağlı sübutların toplanmasına kömək etmək üçün yenidən iş başında olacaq. Aİ bu fəaliyyət üçün maliyyə yardımı edəcək”, - o deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş