Aİ Rusiyaya qarşı sanksiya tətbiq edib
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyasına düşən şəxslərin tam siyahısı məlum olub.
AYNA-nın xəbərinə görə, siyahı Avropanın Rəsmi Jurnalında yayılıb.
Siyahıda 2 nazirin, nazir müavinlərinin, tanınmış jurnalistlərin, generalların və Dumanın bütün deputatlarının adları yer alır. Siyahıda adı olan şəxslərin Avropaya girişi və İttifaqın bank sistemlərindən istifadə etməsi qadağandır.