Aİ Moldovada Mülki Missiya yaradacaq

Dünya

24.04.2023 - 23:32

cedabet dərman SEO Xidməti

Borrell: "Aİ Moldovanın təhlükəsizliyini qorumaq üçün onu dəstəkləməyə sadiqdir"

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Moldovada Mülki Missiyanın yaradılmasına razılıq verib.

AYNA xəbər verir ki, müvafiq qərar bu gün Aİ XİN başçılarının iclasında qəbul olunub.

Aİ Mülki Missiyası Moldovaya dezinformasiya, kiber və digər hibrid hücumlara qarşı mübarizədə yardım edəcək. Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib ki, blok Moldovanı dəstəkləməyə sadiqdir.

"Aİ Moldovanın təhlükəsizliyini və dayanıqlılığını qorumaq üçün onu dəstəkləməyə sadiqdir. Biz bu gün mülki missiyanı - Aİ-nin Moldovaya Tərəfdaşlıq Missiyasını yaradırıq. O, Moldovanın böhran idarəetmə strukturlarını və hibrid təhdidlərə qarşı mübarizə aparmaq imkanlarını gücləndirəcək", - Borrell "Twitter"də bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş