Aİ Azərbaycana başsağlığı verib

Xəbərlər

27.01.2023 - 21:37

Stano: "Azərbaycanın İrandakı səfirliyinə hücumu qəbuledilməzdir"

Avropa İttifaqı (Aİ) Azərbaycana başsağlığı verib. AYNA xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellin mətbuat katibi Peter Stano tviter hesabında yazıb.

“Azərbaycanın İrandakı səfirliyinə hücum, diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir”, - o qeyd edib.

Peter Stano həlak olan şəxsin ailəsinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb və obyektiv istintaqın aparılacağını, cinayətkarın məsuliyyətə cəlb olunacağına ümid etdiyini bildirib.

Müəllif: Ayna.az