Ağstafada usta hündürlükdən yıxılaraq ölüb

Xəbərlər

12.07.2022 - 22:56

Həkimlər Klinikalar SEO Xidməti

Zərərçəkmişin həyatını xilas etmək mümkün olmayıb

Ağstafa rayonunda yerli sakin ehtiyatsızlıqdan evin damından yıxılaraq dünyasını dəyişib.

AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb. Kənd sakini, 1962-ci il təvəllüdlü A.Misirov usta kimi işlədiyi evin damından yerə yıxılıb. Bu zaman ağac parçası onun bədəninə batıb.

Ağır xəsarət alan zərərçəkmiş xəstəxanaya aparılıb. Lakin həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş