Ağcabədidə mağazalardan oğurluq edilib

Xəbərlər

26.06.2024 - 12:27

Həkimlər Klinikalar SEO Xidməti

Bir nəfər şübhəli şəxs qismində saxlanılıb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində mağazadan oğurluq etməkdə şübhəli bilinən Nahid Hüseynov saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, o, tütün məmulatları və içki məhsulları oğurlamaqla mağaza sahibinə maddi ziyan vurmaqda şübhəli bilinir. Oğurlanmış məhsulların bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az