Ağac emalı sexində qanunsuzluq

Xəbərlər

02.12.2022 - 12:54

Toplanmış sənədlər Baş Prokurorluğa göndərilib

Şəkidə ağac emalı sexində qanunsuzluq aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

Qeyd olunub ki, Şəki rayonu, Qoxmuq kəndi ərazisində keçirilən nəzarət tədbirləri zamanı rayon sakini Ramin Musayevə məxsus ağac emalı sexində qanunsuz yolla əldə edilmiş 51,67 kubmetr həcmində işlik meşə materialı müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub və dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

Müəllif: Ayna.az