Ağ Evin keçmiş həkimi Baydenin səhhətinin yaxşı olmadığını açıqlayıb

Dünya

12.02.2024 - 11:14

"Hər kəs görür ki, onda problem var və bunu gizlətməyə çalışmağı dayandırmağın vaxtıdır"

Ağ Evin keçmiş həkimi, konqresmen Ronni Cekson ABŞ Prezidenti Co Baydenin ölkəyə rəhbərlik qabiliyyətinə şübhə edir. AYNA xəbər verir ki, bu barədə konqresmen “Fox News” telekanalına müsahibəsində deyib.

Həkimin sözlərinə görə, Amerika liderinin səhhətində ciddi problemlər var: "Bu, hər gün daha da pisləşən əsl milli təhlükəsizlik problemidir”.

Cekson əlavə edib ki, Bayden Barak Obama administrasiyasında vitse-prezident olarkən hər gün onun səhhəti ilə maraqlanıb.

Onun sözlərinə görə, Ağ Evin hazırkı rəhbərinin koqnitiv qabiliyyətləri həmin andan xeyli pisləşib.

Ağ Evin keçmiş həkimi hesab edir ki, Bayden ABŞ prezidentliyinə namizəd olmamalı idi: "Hər kəs görür ki, Baydenin səhhətində problem var və bunu gizlətməyə çalışmağı dayandırmağın vaxtıdır".

Müəllif: Ayna.az