Vaşinqton ABŞ və Ukrayna nümayəndə heyətləri arasındanı danışıqların nəticələrini açıqlayıb
Ağ Evin mətbuat katibi Karolayn Levitt bir gün əvvəl Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqların nəticələrini açıqlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Levittin sözlərinə görə, Amerika lideri Donald Tramp öz yerinə ukraynalı həmkarını qoyub və ona Vaşinqtonun Moskva ilə Kiyev arasında uzunmüddətli sülh sazişinə ciddi yanaşdığını izah edib.
“Cənab Tramp baş müzakirəçidir. Zelenskini öz yerinə qoydu və ona dedi ki, amerikalılar uzunmüddətli sülh sazişinə ciddi yanaşırlar”, - bildirib.
Levitt qeyd edib ki, Amerika tərəfi Ciddədəki görüşün nəticəsindən məmnundur: “Biz ukraynalılarla danışıqların nəticəsindən çox məmnunuq. Ümid edirik ki, bu, uzun müddət və əbədi olaraq davam edəcək”.
Ağ Ev rəsmisi həmçinin nümayəndə heyətlərinin danışıqlarını “məhsuldar” adlandırıb.