Magistral su kəmərində təmir-bərpa işləri aparılır
Bu gün Abşeron rayonunun Müşfiqabad, 28 May və Qaraheybət qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyət olacaq. AYNA xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.
Bildirilib ki, bunun səbəbi magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.
Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.