Abşeronda binada baş vermiş yanğın tam söndürülüb

Hadisə

11.01.2023 - 16:55

Həkimlər Klinikalar SEO Xidməti

Alovun geniş sahəyə yayılmasına imkan verilməyib

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Abşeron rayonunun Məmmədli kəndindəki yeddimərtəbəli yaşayış binasında baş vermiş yanğını tam söndürüblər.

Nazirliyin Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, yanğının mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin çevik və peşəkar fəaliyyəti sayəsində alovun geniş sahəyə yayılmasına imkan verilməyib.

FHN-in qüvvələri yanğın zamanı bina sakinlərinin təxliyəsini həyata keçiriblər. Həmçinin FHN-in qüvvələri tərəfindən binanın birinci mərtəbəsindəki mağazadakı malların yanğından qorunması məqsədilə təhlükəsiz əraziyə çıxarılaraq daşınması təmin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş