Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

Xəbərlər

08.01.2023 - 01:53

cedabet dərman SEO Xidməti

Piyada Ofeliya Axundzadəni hadisə yerində ölüb

Abşeronda avtomobil qadın piyadanı vurub öldürüb. DİN-in mətbuat xidmətindən AYNA-ya bildirilib ki, yanvarın 7-də saat 19:30 radələrində Abşeron rayonu Saray qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Mercedes” markalı avtomobil yolu keçən piyada, 2006-cı il təvəllüdlü Ofeliya Axundzadəni vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Polis əməkdaşları tərəfindən hadisə yerindən qaçan sürücünün şəxsiyyəti və avtomobil müəyyən edilib, saxlanılması istiqamətində zəruri tədbirlər görülür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş