ABŞ və Ukrayna arasında memorandum imzalanıb

Dünya

18.04.2025 - 12:38

Həkimlər Klinikalar SEO Xidməti

Resurslarla bağlı razılaşma gələn həftə imzalana bilər

ABŞ və Ukrayna Vaşinqton və Kiyev arasında resurs sazişi üzrə danışıqların bir hissəsi kimi anlaşma memorandumu imzalayıblar. Resursla bağlı sazişin özü gələn həftə imzalana bilər. AYNA.AZ xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Rəsmilər memorandumun praktiki olaraq imzalandığını və gələn həftənin sonuna qədər tam iqtisadi razılaşmanın yekunlaşacağına ümid etdiklərini bildirdilər", - qəzet yazıb.

Nəşr yazıb ki, Ukrayna Baş nazirinin müavini Yuliya Svırıdenkonun sözlərinə görə, tam razılaşma “əhəmiyyətli investisiyalar, infrastrukturun modernləşdirilməsi və Ukrayna ilə ABŞ arasında qarşılıqlı faydalı tərəfdaşlıq üçün imkanlar açacaq”.

Nəşrin məlumatına görə, memorandumun imzalanması mürəkkəb danışıqlar prosesini “düzgün yola” qaytarır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş