ABŞ və müttəfiqləri ərzaq böhranına cavab hazırlayır

İqtisadiyyat

24.05.2022 - 09:05

Baydenin sözlərinə görə, böhranı Rusiya daha da gücləndirir

ABŞ Ukraynada gedən müharibə fonunda yaranan ərzaq böhranına tərəfdaşları ilə birgə cavab verəcək. AYNA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Tokioda keçirilən Dördtərəfli Təhlükəsizlik Dialoqu liderlərinin sammitində deyib.

Co Baydenin sözlərinə görə, böhranı Rusiya daha da gücləndirir. Çünki Ukraynanın milyonlarla ton taxıl ixracına əngəllər var.

ABŞ lideri bildirib ki, ərzaq böhranı dünyanın hər yerinə təsir edir.

Müəllif: Ayna.az