ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb

Dünya

15.01.2025 - 01:17

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp dövründə xartiyanın həyata keçirilməsi perspektivləri məsələsi açıq qalır

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda keçirilən görüşdə iki dövlət arasında strateji tərəfdaşlığa dair sənəd imzalayıblar. AYNA erməni mediasına istinadən xəbər verir ki, imzalanma mərasimi Dövlət Departamentinin “YouTube” kanalında yayımlanıb.

Erməni mediası vurğulayır ki, sənədi yanvarın 20-də Co Baydenin səlahiyyət müddəti başa çatan administrasiyası imzalayıb.

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp dövründə xartiyanın həyata keçirilməsi perspektivləri məsələsi açıq qalır.

Qeyd edək ki, İrəvan və Vaşinqton arasında ikitərəfli strateji dialoqu strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq niyyəti hələ 2024-cü ilin iyununda elan edilmişdi.

Müəllif: Ayna.az