“USS Carl Vinson” təyyarədaşıyan gəmisi Malakka boğazı vasitəsilə Hind okeanına daxil olub
ABŞ-ın “USS Carl Vinson” təyyarədaşıyan gəmisi Malakka boğazı vasitəsilə İrana doğru hərəkət edərək Hind okeanına daxil olub. AYNA.AZ xəbər verir ki, bu barədə “Newsweek” peyk məlumatlarına istinadən məlumat yayıb.
“Əslində Qərbi Sakit okeanda dislokasiya olunmuş “USS Carl Vinson” gəmisi indi Yaxın Şərqdə “USS Harry S. Truman” gəmisinə qoşulmaq üçün Hind okeanına doğru gedib”, - nəşr yazıb.
Qeyd edək ki, aprelin 6-da İranın Ali Dini Rəhbəri Ayətullah Əli Xameneinin ölkə silahlı qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirdiyi xəbəri yayılıb. Bu addımın səbəbi ABŞ-ın mümkün hücumu olub. Bundan əvvəl Vaşinqtonun Hind okeanındakı Dieqo Qarsiya aviabazasında bir neçə “Northrop B-2 Spirit” gizli bombardmançı təyyarəsini yerləşdirdiyi barədə məlumat yayılmışdı. Təyyarənin İranın bunkerlərini və yeraltı nüvə obyektlərini məhv edə biləcək bomba daşıya biləcəyi bildirilir.