Tramp istehlakçıları artan qiymətlərdən qorumaq üçün tarifləri yüngülləşdirməyə qərar verib
ABŞ smartfonlar, noutbuklar və digər elektronika malları üçün rusumları ləğv edib.
AYNA.AZ xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Tramp administrasiyası istehlakçıları artan qiymətlərdən qorumaq üçün tarifləri yüngülləşdirməyə qərar verib.
“Apple” və “Samsung” kimi korporasiyalar da bundan faydalanacaq. Bu şirkətlərin bazarda işi sadələşəcək.