ABŞ Şimali Koreyadan Rusiyaya silah tədarükünü dayandırmağı xahiş edəcək

Dünya

06.09.2023 - 13:54

cedabet dərman SEO Xidməti

“Vaşinqton Rusiya və KXDR arasında müdafiəyə dəstək üzrə danışıqlarda proqress qeyd edir”

ABŞ Şimali Koreyadan Rusiyaya silah tədarük planlarından imtina etməsini xahiş etmək niyyətindədir. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, Vaşinqton Rusiya və KXDR arasında müdafiəyə dəstək üzrə danışıqlarda proqress qeyd edir.

“Lakin biz Şimali Koreyanı bu istiqamətdə addımlar atmamağa inandırmaq üçün imkanlar axtarmağa davam edəcəyik”, - Sallivan vurğulayıb.

Bundan əvvəl “The New York Times” öz mənbələrinə istinadən yazıb ki, Kim Çen In sentyabrda Rusiyaya səfər edərək Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş