“Biz açıq şəkildə bildiririk ki, Rusiya Ukraynanın suverenliyinə müdaxilə etməməlidir”
“ABŞ Ukrayna ilə bağlı vəziyyətə görə Rusiyaya qarşı görünməmiş sanksiyalar tətbiq edə bilər”. AYNA-nın APA-ya istinadən məlumatına görə, bunu ABŞ-ın vitse-prezidenti Kamala Harris “CBS News” telekanalına müsahibəsində deyib.
“Biz açıq şəkildə bildiririk ki, Rusiya Ukraynanın suverenliyinə müdaxilə etməməlidir. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Bununla bağlı müttəfiqlərimizlə işləyirik və əvvəllər görünməmiş sanksiyaları tətbiq etməyə hazır olduğumuzu açıq şəkildə bildiririk”, - deyə Harris vurğulayıb.
Jurnalistin sanksiyaların konkret olaraq Vladimir Putinə qarşı olub-olmadığını soruşduqda, vitse-prezident birbaşa cavabdan yayınıb və qeyd edib ki, konkret sanksiyalar haqqında danışmaq niyyətində deyil.