ABŞ rəsmilərinə Ermənistanın təxribatı ilə bağlı müraciət olunub

Xəbərlər

14.09.2022 - 13:21

cedabet Klinikalar SEO Xidməti

İşğalçı dövlətə qarşı təzyiqlərin gücləndirilməsi xahiş edilib

Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatla əlaqədar ABŞ rəsmilərinə müraciət olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AYNA-ya verilən məlumata görə, Azərbaycan diaspor təşkilatlarının hadisə ilə bağlı yaydığı birgə bəyanat Şimali Karolinada fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal tərəfindən Ağ Evə, dövlət katibi Antoni Blinkenə, dövlət katibinin müavininin köməkçisi Erika Olsona, senatorlar Riçard Börə və Tom Tillisə göndərilib.

Azərbaycan icmasının üzvləri iki ölkə arasında aparılan sülh danışıqlarına rəsmi İrəvan tərəfindən növbəti zərbə vurulmasından dərin narahatlıq hissi keçirdiklərini bildiriblər və beynəlxalq birlikdən Ermənistanın təcavüzkar siyasətinin qarşısının alınması üçün işğalçı dövlətə qarşı təzyiqlərin gücləndirilməsini xahiş ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş