ABŞ prezidentliyinə namizəd: “Konqres ən eksklüziv qocalar evidir”

Dünya

19.12.2023 - 14:51

cedabet dərman SEO Xidməti

“Vaşinqton uğursuzluğa davam edir, çünki dünənki siyasətçilər bizi sabaha apara bilməzlər”

ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd, ölkənin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli seçki videosunda hazırkı Prezident Co Baydeni tutduğu vəzifəyə görə “çox qoca”, Konqresi “ən eksklüziv qocalar evi” adlandırıb. AYNA xəbər verir ki, bu barədə “The Hill” yazıb.

"Mən sadəcə deyəcəyəm: Bayden çox qocalıb və Konqres Amerikanın ən eksklüziv qocalar evidir... Vaşinqton uğursuzluğa davam edir, çünki dünənki siyasətçilər bizi sabaha apara bilməzlər", deyə Heyli bildirib.

Onun sözlərinə görə, ABŞ-da müddət məhdudiyyətləri tətbiq etmək, həmçinin siyasətçilərin əqli qabiliyyətləri ilə bağlı testlər aparmaq lazımdır: “Biz yeni nəsil və yeni mühafizəkar prezidentlə keçmişin xaosu və dramını geridə qoymalıyıq".

Bundan əvvəl keçmiş prezident Donald Trampın namizədliyinə qarşı çıxan tərəfdarları və Respublikaçılar Partiyasının üzvlərinin ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heylini daha çox dəstəklədiyi, o da prezidentlik yarışında iştirak etdiyi bildirilirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş