ABŞ kəşfiyyatı: Rusiya 2022-ci ildə Ukraynaya üç tərəfdən hücum edəcək

Dünya

22.11.2021 - 16:56

Həkimlər Klinikalar SEO Xidməti

Vaşinqtonun əldə etdiyi məlumatlara görə, Rusiya təxminən yüz min əsgərini hücuma hazırlayır

ABŞ kəşfiyyatının məlumatlarına görə, Rusiya 2022-ci ildə Ukraynaya hücum edəcək. AYNA xəbər verir ki, bu barədə “Bloomberg” kəşfiyyat xidmətlərindəki mənbələrə istinadən yazıb.

Nəşrin həmsöhbətləri bildiriblər ki, Moskva üç tərəfdən hücum hazırlayır: Krım yarımadasından, Rusiya-Ukrayna sərhədi tərəfdən və Belarus ərazisindən. Kəşfiyyatçılar sözügedən məlumatları avropalı həmkarları ilə bölüşdüklərini bildiriblər.

“Bloomberg”in məlumatına görə, Amerika kəşfiyyatında Rusiya hərbi kontingentinin Ukrayna ilə sərhəddə cəmləşməsini təsdiqləyən xəritələr var.

“Vaşinqtonun əldə etdiyi məlumatlara görə, Rusiya təxminən yüz min əsgərini hücuma hazırlayır. Bu qoşun qruplaşması Ukrayna ilə müharibədən əlavə, işğal olunmuş əraziləri uzunmüddətli işğalda saxlamaq üçündür”, - deyə məqalədə vurğulanıb.

ABŞ kəşfiyyatı Rusiya hərbi-taktiki qruplarının əksəriyyətinin artıq öz mövqelərində olduğunu iddia edir: “Onların irəliləyişi hava zərbələri ilə dəstəklənəcək və arxa cəbhəsinin təhlükəsizliyi Moskvanın postsovet məkanı üçün misli görünməmiş miqyasda çağırdığı ehtiyatda olan hərbçilər tərəfindən təmin ediləcək”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş