“ABŞ-ın Rusiyada hakimiyyətin dəyişdirilməsinə diqqəti gücləndirib”

Dünya

28.11.2023 - 15:19

Həkimlər Klinikalar SEO Xidməti

Ryabkov: “Birləşmiş Ştatlar Rusiyada daxili iğtişaşlarının təşkilinə diqqəti artırıb”

“ABŞ Rusiyada daxili iğtişaşların təşkilinə və ölkədə hakimiyyət dəyişikliyinə diqqəti artırıb”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Birləşmiş Ştatlar Rusiyada hakimiyyətin dəyişdirilməsinə və daxili iğtişaşlarının təşkilinə diqqəti artırıb”, - Ryabkov vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Pentaqonun dekabrın 5-6-da bağlı qapılar arxasında Rusiyaya qarşı hərbi strategiyanı müzakirə edəcəyi bildirilib.

Kremlin sözçüsü Dmitri Peskov isə ABŞ-ın Rusiya və Çinə təzyiqinin faydasız olduğunu söyləyib.

Müəllif: Ayna.az